Xəzər İbrahim TBMM-ə dəvət edilən yeganə səfir oldu - Foto
- 01.10.2020, 18:00,
- Siyasət
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Türkiyə Böyük Millət Məclisi (TBMM) 27-ci mövsümünün ilk iclasını keçirib. İclasa Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim də dəvət edilib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə “Hüriyyet” qəzeti məlumat yayıb.
O, tədbirə dəvət olunan yeganə səfir olub. Digər ölkələrin səfirləri isə koronavirus səbəbindən tədbirə dəvət olunmayıblar.
Qeyd edək ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib və son günlər Azərbaycan-Ermənistan arasında artan gərginlik, Dağlıq Qarabağ uğrunda aparılan döyüşlər barədə danışıb. O, ATƏT-i tərəfləri atəşkəsə yox, Ermənistan ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb etməyə çağırıb.