İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda - Fotolar+Yenilənib

  • 03.09.2020, 10:50,
  • Siyasət
  • Baxılıb: 23
İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda - Fotolar+Yenilənib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

***

Dövlət başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış olublar.

Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı, ən müasir texnoloji avadanlıqla təchiz olunan 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.
İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda - Fotolar+Yenilənib
İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda - Fotolar+Yenilənib
İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda - Fotolar+Yenilənib
İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda - Fotolar+Yenilənib
İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda - Fotolar+Yenilənib

İlham Əliyevlə xanımı UNEC-in 3 saylı korpusunda - Fotolar+Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter