Qarabağ qazisi qəzada həyatını itirdi
- 03.08.2020, 09:10,
- Siyasət
Baxılıb: 16
Facebook
Вконтакте
Одноклассники
Google+
Qarabağ müharibəsi döyüşçüsü Qədir Musayev dünən axşam saatlarında yol qəzasında vəfat edib."Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, Biləsuvar rayonunun Ağayrı kənd sakini, Qarabağ müharibəsi əlili Q.Musayev dövlət tərəfindən ona verilən “Naz Lifan” markalı avtomobilin idarəetməsini itirərək maşını aşırıb. Qəza nəticəsində, dünyasını dəyişib.
Qədir Musayev Qarabağ döyüşləri zamanı Biləsuvar könüllülərindən ibarət batalyonunun komandiri olub. 2005-ci ildə ağır cinayətdə ittiham edilərək həbs edilib, 2006-cı ildə məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilərək azadlığa buraxılıb.