Moskvadakı parada Zakir Həsənov gedir

  • 22.06.2020, 11:25,
  • Siyasət
  • Baxılıb: 329
Moskvadakı parada Zakir Həsənov gedir












Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter