Kanadanın baş naziri öldürülən afroamerikalını diz çökərək yad edib
- 06.06.2020, 11:00,
- Siyasət
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
Kanadanın Baş Naziri Castin Tryudo ABŞ-da polis zorakılığı nəticəsində öldürülmüş afroamerikalı Corc Floydun xatirəsini diz çökərək yad edib.Bu barədə "Qanunyolu.info.az" xəbər verir ki, Baş Nazir Ottavada keçirilən irqçiliyə və polis zorakılığına qarşı manifestdə iştirak edib.
Aksiyanın gedişatında Tryudo bir neçə dəfə diz çöküb.
"Sonuncu dəfə - 8 dəqiqə 46 saniyə... Hansı ki, bu müddətdə yalvarışlara baxmayaraq, ağ polisin dizinin altında Corc Floydun işgəncəsi davam edirdi", - BFMTV telekanalı bunu qeyd edib.
Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floyd polis tərəfindən boğularaq öldürülüb. Buna etiraz olaraq ölkənin müxtəlif yerlərində aksiyalar başlayıb. Hökumət bir çox ştatlarda komendant saatı elan edib.
Baş Nazir Tryudo tədbir zamanı qoruyucu maskadan istifadə edib.