Ermənistanın yeni döyüş mövqeyi əldə etməsi xəbərinə rəsmi reaksiya
- 05.06.2020, 14:25,
- Siyasət
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvələrinin Ermənistanın şimal-şərqində Azərbaycanla dövlət sərhədində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib.
"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti bu məlumat haqda açıqlama yayıb. DSX rəsmi olaraq bildirib ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermənistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş mövqeyi əldə etməsi barədə məlumat həqiqətə tam ziddir.
Əksinə Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdudlaşdırılıb.