Sahil Babayevin yerinə təyin olunan Anar Əliyev kimdir?

  • 07.02.2025, 15:30,
  • Siyasət
  • Baxılıb: 7
Sahil Babayevin yerinə təyin olunan Anar Əliyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

“Qanunyolutv.az”-ın məlumatına görə, 45 yaşlı Anar Əliyev yeni təyinatadək həmin Nazirlikdə nazir müavini vəzifəsini tutub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirən yeni nazir 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Anar Əliyev daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən isə nazir müavini idi.

Evlidir, 2 övladı var.

Yeni nazirin atası tanınmış ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev, anası isə Əməkdar jurnalist İradə Əliyevadır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter