Türkiyə və ABŞ səfirlikləri Hidayəti belə təbrik etdi
- 30.07.2024, 15:30,
- Siyasət / İdman
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Azərbaycandakı səfirliyi cüdoçu Hidayət Heydərovu Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edib.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.
“Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo kateqoriyasında qızıl medal qazanan və Azərbaycan bayrağını Fransada dalğalandıran Hidayət Heydərovu ürəkdən təbrik edirik”, - paylaşımda qeyd edilib.
ABŞ-nin Azərbaycandakı səfirliyi də bu münasibətlə feysbukda paylaşım edib.Paylaşımda deyilir: “Hidayət Heydərovu qızıl medal qazanması münasibətilə təbrik edirik! Fədakarlıq və zəhmət həqiqətən öz bəhrəsini verdi. Bu möhtəşəm nailiyyətdən zövq alın - bu sizin istedadınızın və əzmkarlığınızın sübutudur. Azərbaycan Komandasını da bu qələbə ilə təbrik edirik - qarşıda daha çox uğurlar və qızıl medallar ümidi ilə!”
Xatırladaq ki, ötən gün Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub