Diaspor Komitəsində Şuşanın işğalı ilə bağlı videokonfrans keçirildi - Foto

  • 08.05.2020, 21:26,
  • Siyasət
  • Baxılıb: 16
Diaspor Komitəsində Şuşanın işğalı ilə bağlı videokonfrans keçirildi - Foto












Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və təmsilçilərinin iştirakı ilə Azərbaycanın qədim şəhəri Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü ilə bağlı videokonfrans keçirilib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, virtual tədbirdə Dövlət Komitəsinin əməkdaşları, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar, İstanbul Türkiyə Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədri Səfər Qaraqoyunlu, Azərbaycan Təhsil və Kültür Dərnəyinin sədri Aygün Həsənoğlu və digər nümayəndələr iştirak ediblər.

Tədbirdə Dövlət Komitəsinin nümayəndələri qeyd ediblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin qlobal müstəvidə yayılması istiqamətində səyləri gücləndirmək diasporla iş sahəsində dövlət siyasətinin prioritetini təşkil edir. Münaqişənin danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə nail olmaq üçün digər mexanizmlərlə yanaşı, diaspor amili də mühüm əhəmiyyət kəsb edir.

Müzakirə zamanı diaspor təşkilatlarının təşəbbüsü ilə 2020-ci il fevralın 22-də Almaniyanın paytaxtı Berlində Ümumavropa Qarabağ mitinqinin keçirilməsinin, qəbul olunmuş bəyanatların nüfuzlu beynəlxalq təşkilatlara, səfirliklərə, Avropa ölkələrinin parlamentlərinə və hökumətlərinə göndərilməsinin əhəmiyyəti vurğulanıb.

Konfrans zamanı Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının və vətəndaş institutlarının Ermənistanın işğalçı siyasəti, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və terror aktlarının ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdikləri işlər nəzərə çatdırılıb. Konfransda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti barədə müzakirələr aparılıb və bu sahədə daha mühüm addımların atılmasının vacib olduğu vurğulanıb.

Videokonfrans iştirakçıları koronavirus pandemiyası dövründə Türkiyədə yaşayan soydaşlarımızın həmrəyliyi barədə də fikir mübadiləsi aparıb və bu həmrəyliyi yüksək qiymətləndiriblər.

Dispor təşkilatlarının təmsilçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və hökumətinə, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlıqlarını bildiriblər.
Diaspor Komitəsində Şuşanın işğalı ilə bağlı videokonfrans keçirildi - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter