Kəmaləddin Heydərov icra başçısının oğluna yeni vəzifə verdi - Yenilənib

  • 22.06.2023, 12:00,
  • Siyasət
  • Baxılıb: 17
Kəmaləddin Heydərov icra başçısının oğluna yeni vəzifə verdi - Yenilənib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşovu işdən çıxarıb.

“Qanunyolutv.az”, “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

Onun yerinə daxili xidmət polkovnik-leytenantı Eyvazov Ayaz Teyfur oğlu təyin edilib.
****

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Seymur Qaraşov daha böyük vəzifəyə -nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə rəis müavini təyin edilib.

Fotoda Seymur Qaraşov
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter