Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü

  • 16.06.2022, 18:30,
  • Siyasət
  • Baxılıb: 38
Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü

Bu gün xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

"Qanunyolutv.az" xəbər verir ki, XİN-dən bildirilib ki, nazir Ceyhun Bayramov 9-cu Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana səfər edən BMT rəsmisini salamlayıb və cari ilin, Azərbaycanın BMT-də üzvlüyünün 30-cu ildönümünün tamam olması baxımından rəmzi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazir ölkəmizin BMT və onun ixtisaslaşmış institutları ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və istər Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində, istərsə də fərdi qisimdə Azərbaycanın irəli sürüdüyü təşəbbüslərin beynəlxalq sülh və inkişafa xidmət etdiyini vurğulayıb.
Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü

Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib. O, Azərbaycanın BMT-nin mühüm tərəfdaşı olduğunu bildirib.

BMT-nin Cenevrə bölməsinin baş direktoru Azərbaycanın BMT-nin digər üzv ölkələrinə göstərdiyi yardımın təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycanın bölgədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə könüllü hesabatları təqdim edən yeganə ölkə olduğunu qeyd edib.
Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü

Görüşdə tərəflər BMT gündəliyinin aktual mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması, ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, habelə Ermənistanla münasibətlərin normallaşması və bölgədə sülhün təmin olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
Ceyhun Bayramov BMT-nin Cenevrə bölməsinin baş direktoru ilə görüşdü
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter