Ceyhun Bayramov Mirzoyanla görüşdü - Foto
- 12.05.2022, 18:30,
- Siyasət
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Rusiya xarici işlər naziri Serqey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib."Qanunyolutv.az" xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.