Tacikistan parlamentinin sədri Bakıya gəldi - Foto

  • 03.03.2022, 11:00,
  • Siyasət
  • Baxılıb: 35
Tacikistan parlamentinin sədri Bakıya gəldi - Foto

Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rustami Emomoli bu gün Azərbaycana rəsmi səfərə gəlib.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunur ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Rustami Emomolinin başçılıq etdiyi Tacikistan parlament nümayəndə heyətini Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli və digər rəsmi şəxslər qarşılayıblar.

Parlament sədrinin Azərbaycana rəsmi səfəri martın 4-də başa çatacaq.
Tacikistan parlamentinin sədri Bakıya gəldi - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter