Putin Əliyevlə uzun masa arxasında görüşdü - Video
- 22.02.2022, 16:20,
- Siyasət
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Moskva şəhərində Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş olub.
“Qanunyolu.info.az”-ın Rusiya mediasına istinadən məlumatına görə, görüş Kremldə koronavirus pandemiyası nəzərə alınaraq uzun masa arxasında keçirilib.
“Təəssüflər olsun ki, bu pandemiya bizə normal şəkildə ünsiyyətdə olmağa və görüşməyə imkan vermir”, - deyə Vladimir Putin İlham Əliyevi qarşılayarkən söyləyib. O vurğulayıb ki, buna baxmayaraq, azərbaycanlı həmkarını görməyə şaddır.
“Dəvətimi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Səfəriniz iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində baş verir və biz bu gün müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalayacağıq”, - deyə Putin qeyd edib.
V. Putin bəyannamənin imzalanmasını Rusiya-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələ adlandırıb.
Xatırladaq ki, V. Putin daha əvvəl də koronavirusla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Fransa Prezidenti
Emmanuel Makron və Almaniya Kansleri
Olaf Şolts ilə uzun masa arxasında görüşüb.
