İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər - Fotolar+Video

  • 18.07.2021, 15:00,
  • Siyasət
  • Baxılıb: 48
İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər - Fotolar+Video

Bu gün Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər.

“Qanunyolu.info.az” xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidentini qarşılayıb.

Sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə foto çəkdiriblər.
İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər - Fotolar+Video

Görüşdə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələrindən məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Şarl Mişelə azad edilmiş torpaqlarda gedən işlərlə bağlı məlumat verib, postkonflikt vəziyyət barədə danışılıb.
İlham Əliyev və Şarl Mişel birgə işçi nahar ediblər - Fotolar+Video

Görüşdə, eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniştərkibli görüşdə bu mövzularla bağlı müzakirələr davam etdirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter