COVID-19-dan vəfat edən Əməkdar artist dəfn olundu - Yenilənib

COVID-19-dan vəfat edən Əməkdar artist dəfn olundu - Yenilənib

“Yarımştat” televiziya tamaşasından tanınan Əməkdar artist Məcnun Hacıbəyov bu gün səhər saatlarında 86 yaşında dünyasını dəyişib.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə aparıcı Ayşə İsazadə feysbukda məlumat verib.

Onun sözlərinə görə, aktyor koronavirusdan vəfat edib.
COVID-19-dan vəfat edən Əməkdar artist dəfn olundu - Yenilənib

Qeyd edək ki, Məcnun Hacıbəyov 1935-ci il oktyabrın 5-də Qubanın İkinci Nügədi kəndində anadan olub. Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Əməkdar artist Məcnun Hacıbəyov dəfn olunub.

"Qanunyolu.info.az" xəbər verir ki, o, Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılıb.
COVID-19-dan vəfat edən Əməkdar artist dəfn olundu - Yenilənib


Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter