Bankomatdan 60 min manat oğurlayan saxlanıldı

  • 30.03.2021, 17:20,
  • Kriminal
  • Baxılıb: 40
Bankomatdan 60 min manat oğurlayan saxlanıldı

Bakıda bankomatlardan 60 min manatdan çox pul oğurlayan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”-ya verilən məlumata istinadən, paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq orada olan 15 457 manat pulu oğurlamaq istəyən şəxs saxlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Coşqun Həsənov cinayət başındaca tutularaq istintaqa təqdim olunub. Araşdırma zamanı bu şəxsin cari ilin fevral ayında paytaxtın Nərimanov rayonu Təbriz küçəsindəki bankomatlardan birindən 48 840 manat pul oğurladığı da müəyyən edilib.

C.Həsənovun paytaxt, eləcə də Abşeron rayonu ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Faktla saxlanılan şəxs barəsində Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter