Bakıda ana əvvəlcə övladlarını, sonra özünü binadan atdı

  • 21.12.2020, 09:05,
  • Kriminal
  • Baxılıb: 77
Bakıda ana əvvəlcə övladlarını, sonra özünü binadan atdı

Bakıda ana iki azyaşlı övladını dördüncü mərtəbədən atdıqdan sonra özü də intihar etmək üçün yerə tullanıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, hadisə bu gecə saatlarında Yasamal rayonunun Kənar Dairəvi yol-2 ünvanında baş verib.

1991-ci il təvəllüdlü N. C. 4 və 2 yaşlı oğlanlarını yaşadıqları evin eyvanından yerə atıb. Onların ardınca isə özü də tullanıb.

İlkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Ər Cavid Cəfərov izahatı alınması üçün saxlanılıb, araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter