Bakıda kişi bacısına və yeznəsinə 18 bıçaq zərbəsi vurdu
- 26.07.2020, 17:30,
- Kriminal
Baxılıb: 19
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda bıçaqlanma hadisəsi baş verib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadiqovanın bədənində isə 6 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.
Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib.
Cinayətin təfərrüatı araşdırılır.