Onlar haqda yeni - Qərar verildi

  • 09.02.2026, 20:30,
  • Kriminal
  • Baxılıb: 10
Onlar haqda yeni - Qərar verildi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş AXCP sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim və Ramiz Mehdiyevin yaxın adamı olmuş Eldar Əmirov yenidən məhkəmə qarşısına çıxarılıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması istənilib.

Səbail Rayon Məhkəməsi DTX-nin vəsatətini təmin edib. Qərara əsasən, təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirov Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.
****

Bu gün “Hürriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun da həbsdə saxlanılma müddəti 4 ay daha uzadılıb.

Hazırda bütün cinayət işləri DTX-də genişmiqyaslı ibtidai istintaq hərəkətləri davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter