Tülin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.
- 05.12.2025, 10:00,
- Kriminal / İdman
Baxılıb: 10
Facebook
Вконтакте
Одноклассники
Google+
Boksçu kimi tanınan Tülin Ələkbərova və onun tələbəsi quldurluq cinayətinə görə polis tərəfindən saxlanılıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu ərazisində baş verib.
Onlar dekabrın 4-ü 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirərək quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tülin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli tutulublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Tülin Ələkbərova bir neçə ay əvvəl
xuliqanlıq əməlinə görə məhkəmə qarşısına çıxarılmış və 6 ay müddətinə azadlığın məhdudlaşırılması cəzasına məhkum edilmişdi. Hazırda onun üzərində
elektron qolbaq var.