Hakimliyini onları həbs etməklə bitirmədi...
- 04.11.2025, 13:30,
- Kriminal / Səhiyyə
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin məhkəmə araşdırması başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Sərbəst mühakimə olunan müttəhimlərin hər biri verilmiş ittihamlarla təqsirli biliniblər. Onlara 9 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, yaşları və xəstəlikləri nəzərə alınaraq real cəza çəkmələrinə zərurət görülməyib. Həmin müddət şərti hesab edilib.Hökm cinayət işini araşdıran hakim Rasim Sadıqov üçün də xüsusi əhəmiyyət daşıyıb. Belə ki, bununla onun hakimliyi başa çatıb.Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin mayında Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində
əməliyyat keçirib. Prokuror təqsirləndirilənlərin 10 il 6 aya kimi həbsini
tələb edirdi.
Fotoda: Yadulla Balışov, Tahir Vəliyev, Saleh Novruzi
