Metroda xuliqanlıq edən 5 nəfərlə bağlı cinayət işi başlanıldı
- 03.06.2020, 19:00,
- Kriminal
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar.
Bu barədə "Qanunyolu.info.az", "Qafqazinfo"ya istinadən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.