DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı - Qərar

  • 14.10.2025, 17:00,
  • Kriminal
  • Baxılıb: 6
DTX Musa Şəkiliyevi hakim qarşısına çıxardı - Qərar

Xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən Qax rayonunun sabiq icra başçısı Musa Şəkiliyev bu gün məhkəmə qarşısına çıxarılır.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.

İstintaq orqanı iri həcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyir.

Vəsatətə Səbail Rayon Məhkəməsində baxılır.
****

Hakim vəsatəti əsaslı sayaraq təmin edib. Qərara əsasən Musa Şəkiliyevin həbsdə saxlanılma müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən Musa Şaban oğlu Şəkiliyev icra başçısı vəzifəsindən azad edilib.

Hazırda Musa Şəkiliyevin işlədiyi dövrdə yol verilən qanun pozuntuları araşdırılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter