Yasamalda 37 yaşlı qadın qətlə yetirildi, cinayət işi açıldı - Yenilənib

  • 23.08.2025, 14:30,
  • Kriminal
  • Baxılıb: 9
Yasamalda 37 yaşlı qadın qətlə yetirildi, cinayət işi açıldı - Yenilənib

Bu gün səhər saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində 45 yaşlı İradə Muradova münaqişə zəminində qətlə yetirilib.

“Qanunyolutv.az”-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
****

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter