Tərtərdə silahla insident törədən qazi həbs edildi - Foto
- 04.08.2025, 08:30,
- Kriminal / Hadisə
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 3-də saat 22 radələrində Tərtər rayonu ərazisində şəxsi münasibətlər zəminində baş verən silahlı insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb."Qanunyolutv.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, 1990-cı il təvəllüdlü Vətən müharibəsi qazisi Beyrək Quliyev 1992-ci il təvəllüdlü həmkəndlisinə qarşı şəxsi münasibətlər zəminində “AK-74” markalı avtomat silahdan atəş açıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin həmin şəxsə məxsus “VAZ-21014” markalı avtomobilə zərər dəyib.
Rayon polis şöbəsinin əməkdaşları tərəfindən B.Quliyev saxlanılıb, ondan “AK-74” markalı avtomat silah götürülüb.
Fakta görə cinayət işi başlanıb, əvvəllər dəfələrlə müxtəlif cinayət əməllərinə görə məhkum olunan B.Quliyev həbs edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.