Klinika direktoru arvadını əvvəl bıçaqlayıb, sonra güllələyibmiş - Foto

Klinika direktoru arvadını əvvəl bıçaqlayıb, sonra güllələyibmiş - Foto

Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda 39 yaşlı Vasif Kərimovun həyat yoldaşını güllələyərək yaralamasının detalları məlum olub.

“Qanunyolutv.az” Teleqraf-a istinadən xəbər verir ki, tərəflər arasındakı münaqişənin qısqanclıq zəminində baş verməsi müəyyən edilib.

Bildirilib ki, hadisə Məhəmməd Xiyabani küçəsi 133/135 ünvanında yerləşən çoxmərtəbəli binanın qarajında baş verib.

Burada Vasif Kərimovla arvadı Fərqanə Kərimova arasında mübahisə yaranıb. İlkin məlumata əsasən, mübahisəyə səbəb Vasif Kərimovun başqa qadınla qeyri-rəsmi nikah münasibətləri saxlaması olub. Fərqanə Kərimova bundan xəbər tutub, əri ilə münasibəti olan qadını axtarıb tapıb və yaşadığı ünvana gedərək irad bildirib, ərindən əl çəkməsini tələb edib.

Vasif Kərimov arvadının bu hərəkətlərindən narazı qalıb. O, həyat yoldaşını binanın qarajında gözləyib və qarşılayıb. Onlar qadının idarə etdiyi “Toyota Prado” markalı avtomobilə əyləşiblər. Burada cütlük arasında dava düşüb.

Vasif Kərimov arvadına iki bıçaq zərbəsi vurub. Yaralı qadın xilas olmaq üçün avtomobildən düşərək qaçmaq istəyib. Bu zaman Vasif Kərimov özünə məxsus “Land Rover” markalı avtomobildən silahı götürüb, arvadının ardınca gedib və atəş açıb. Güllə Fərqanə Kərimovanın qarın boşluğuna dəyib.

Yaralı qadın Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib və cərrahi əməliyyatı olunub.

Cütlüyün 3 övladı var. Fərqanə Kərimova işləmir, evdar qadındır. Onlar 7-8 ildir həmin ünvanda yaşayırlar. Vasif Kərimov isə “Referans” klinikasının Mərdəkan filialının direktorudur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter