İdmançıların hücum etdiyi şəxs DSX mayorudur
- 05.01.2025, 15:30,
- Kriminal / İdman
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.
Artıq hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq polis əməkdaşları tərəfindən saxlanılıblar.
Prosport.Az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti,
“Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır. O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir.
Fotoda Ramal Aslanov