Başına daşla vurub öldürdü - Yenilənib
- 02.11.2023, 08:30,
- Kriminal
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün 06:30 radələrində Səbail rayonu ərazisində üzərində xəsarət izləri olan naməlum kişi meyiti tapılıb. “Qanunyolutv.az” xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla naməlum şəxsin 1960-cı il təvəllüdlü Xəlilov Adil Maştı oğlu olması müəyyən edilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Əsədullayev Mərdan Xanoğlan oğlu isə saxlanılıb. M.Əsədullayev sərxoş vəzəyyətdə olub, tufeyli həyat tərzi keçirir.
Hazırda faktla bağlı araşdırma aparılır.
****
Səbail Rayon Prokurorluğu hadisə barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 2-də saat 06 radələrində Səbail rayonu, Puşkin küçəsi 4 ünvanında 1960-cı il təvəllüdlü Adil Xəlilovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Əsədullayevin aralarında yaranmış mübahisə zamanı Adil Xəlilovun gicgah nahiyəsinə daşla zərbə vurması nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır, Mərdan Əsədullayev prokurorluğun qərarı əsasında iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
