52 yaşlı əmisini güllələyib öldürdü - Yenilənib
- 17.10.2023, 16:30,
- Kriminal / Hadisə
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Oktyabrın 17-də saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl törədilib.“Qanunyolutv.az” DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
****
Cinayət əməlini törətməkdə şübhəli bilinən Arif Fətullayevin qardaşı oğlu 1984-cü il təvəllüdlü Fətullayev Elməddin Yunis oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.