Cəmil Məmmədli həbs edildi
- 24.08.2023, 11:30,
- Kriminal
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Xaçmazda fəaliyyət göstərən jurnalist Cəmil Məmmədli həbs edilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.
Bu gün keçirilən hazırlıq iclasında prokuror təqsirləndirilən şəxsin istintaqın gedişinə mane olduğunu, müxtəlif üsullarla zərərçəkmişlərə təsir etdiyini əsas gətirərək həbs edilməsinin zəruri olduğunu deyib.
Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti əsaslı hesab edib.
Qərara əsasən Cəmil Məmmədli barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.
Qeyd edək ki, Cəmil Məmmədli polis tərəfindən cinayət məsuliyyətinə
cəlb edilib.
Polisdə aparılan istintaqla Cəmil Məmmədliyə yekun olaraq Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
