Qubada qazıntı zamanı fəhlə öldü

  • 23.04.2020, 22:18,
  • Kriminal
  • Baxılıb: 64
Qubada qazıntı zamanı fəhlə öldü












Quba rayonunda tikinti işləri zamanı fəhlə ölüb.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, hadisə aprelin 22-i səhər saatlarında rayon ərazisində xəndək qazarkən baş verib.

Ekskovatorun sürücüsü qazıntı işləri apararkən ekskovatorun kovuşu orada fəhlə işləyən, 1986-cı il təvəllüdlü Eldar Hüseynova dəyib və həmin şəxs hadisə yerində vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin olunub.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti təhlükəsizlik qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter