Baqajda Balakənə keçmək istəyən sərnişinlə sürücü cəzalandırıldı - Foto

  • 15.04.2020, 22:46,
  • Kriminal
  • Baxılıb: 16
Baqajda Balakənə keçmək istəyən sərnişinlə sürücü cəzalandırıldı - Foto












Balakən rayonunda xüsusi karantin qaydalarını pozaraq avtomobilin yük yerində rayon ərazisinə icazəsi olmadan dostunu gətirən sürücü və həmin şəxs saxlanılıb.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, profilaktik tədbirlər zamanı Şəki şəhər sakini Anar Sadıqovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən Şəki şəhər sakini Bəhlul Yusibov müəyyən edilərək saxlanılıb.

Hər iki şəxs barəsində Balakən Rayon polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Baqajda Balakənə keçmək istəyən sərnişinlə sürücü cəzalandırıldı - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter