Keçmiş məhkum silah satarkən tutuldu - Foto
- 08.08.2021, 12:50,
- Kriminal
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə silah satmaq istəyən şəxs saxlanılıb.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Qasımov şəhər ərazisində saxlanılaraq, polis bölməsinə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd, atəşə yararlı, lüləsi və qundağı kəsilmiş, 16 kalibrli tüfəng aşkar edilərək götürülüb.
Saxlanılan şəxs silahın babasından qaldığını, satmaq məqsədilə kəsdiyini bildirib.
Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.