“Özilin transferinə sevinirəm” - Çavuşoğlu+Video
- 18.01.2021, 17:40,
- İdman
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Mesut Özilin “Fənərbaxça”ya transferindən danışıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, o, almaniyalı həmkarı Hayko Maasla keçirdiyi konfransda Almaniya yığmasının sabiq üzvünü İstanbul klubuna keçidini dəyərləndirib. Çavuşoğlu bu transferə sevindiyini bildirib: “Mən “Fənərbaxça” azarkeşiyəm. Özilin transferinə görə çox sevinirəm. Ümid edirəm ki, buna görə digər klubun azarkeşləri məndən inciməzlər”.
Qeyd edək ki, hazırda İstanbulda olan Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayacaq.