“Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm” - Qurban Qurbanov
- 10.11.2020, 13:25,
- İdman
Baxılıb: 13
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı açıqlama verib."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, klubun mətbuat xidmətinə danışan mütəxəssis, qələbəylə bağlı hisslərini ifadə edib:
“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbər dünən cənab Ali Baş Komandamız tərəfindən verildi. Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. İndidən sonra işğal haqda yox, bu zəfərdən danışacam.
Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm.
Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun, Azərbaycan”.