Millimizin matçı Zaqrebdə keçiriləcək

  • 27.10.2020, 12:00,
  • İdman
  • Baxılıb: 12
Millimizin matçı Zaqrebdə keçiriləcək

UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan - Monteneqro oyununun neytral meydanda təşkil olunması barədə Avropa futbol təşkilatının müvafiq qərarı nəzərə alınaraq, AFFA qarşılaşmanın Xorvatiyanın Zaqreb şəhərində keçirilməsi ilə bağlı UEFA-ya müraciət edib.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, UEFA rəsmi saytında sözügedən qarşılaşmanın məhz Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcəyini göstərib. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xatırladaq ki, millimiz noyabrın 10-da Lyublyana şəhərində Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Zaqrebin təklif olunmasının səbəbi də Lyublyanaya yaxın məsafədə yerləşməsidir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter