Millimizin rəqiblərindən ikisi uduzdu, biri heç-heçəyə razılaşdı

  • 08.10.2020, 00:35,
  • İdman
  • Baxılıb: 13
Millimizin rəqiblərindən ikisi uduzdu, biri heç-heçəyə razılaşdı

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı rəqibləri – Lüksemburq, Kipr və Monteneqro bu gün yoxlama matçına çıxıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Lüksemburq Lixtenşteynlə, Kipr Çexiya ilə, Monteneqro isə Latviya ilə qarşılaşıb. Lüksemburq və Kipr yığmaları meydanı məğlubiyyətlə, Monteneqro isə heç-heçə ilə tərk edib.

Podqoritsada baş tutan Monteneqro - Latviya matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qonaqlar 26-cı dəqiqədə hesabı açsalar da, Monteneqronun heyətində İqor İvanoviç 90+1-ci dəqiqədə status-kvonu bərpa edib.

Kipr yığması Çexiya ilə Larnakadakı “AEK Arena”da üz-üzə gəlib və meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib. Çexlərin 13 və 43-cü dəqiqələrdəki qolları qarşılığında Loyzos Loyzu 32-ci dəqiqədə fərqlənib.

Lüksemburq yığması isə Lixtenşteynlə matçda 1:2 hesabıyla uduzub. Meydan sahiblərinin təsəlli qolunu 72-ci dəqiqədə Jerson Rodriqes vurub.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 10-da səfərdə Monteneqro ilə üz-üzə gələcəksə, ayın 13-də Albaniyada Kiprlə münasibətlərinə aydınlıq gətirəcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter