Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Çempionlar Liqasında mübarizəni dayandıran Qurban Qurbanovun çalışdırdığı kollektiv Avropa Liqasında mübarizəyə pley-offdan başlayacaq.
Ağdam təmsilçisi bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq üçün Polşanın “Legiya” klubu ilə üz-üzə gələcək. Varşavada keçiriləcək oyunda qələbə qazanan tərəf qrupa vəsiqə qazanacaqsa, məğlub tərəf avrokuboklarla vidalaşacaq.
Qeyd edək ki, “Legiya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 22:00-da start veriləcək.
Avropa LiqasıPley-off1 oktyabr
22:00. Legiya – QarabağHakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya).
Varşava. Ordu stadionu.
Legiya: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 7. Domaqoy Antoliç, 9. Tomaş Pekhart, 11. Xoel Valensiya, 21. Rafael Lopes, 25. Filip Mladenoviç, 55. Artur Endjeyçik (k), 67. Bartoş Kapustka, 99. Bartoş Sliş.
Ehtiyat oyunçular: 33. Radoslav Çejnyak, 4. Mateuş Veteska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas.
Baş məşqçi: Çeslav Mixneviç.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
***
Matç başladı