“Qarabağ”ın yeni oyunçusu ulduz futbolçularla eyni sırada

  • 08.05.2020, 16:50,
  • İdman
  • Baxılıb: 9
“Qarabağ”ın yeni oyunçusu ulduz futbolçularla eyni sırada

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə verən futbolçuların adlarını açıqlayıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın yeni transferi Uroş Matiç yer alıb.

Kiprin APOEL klubundan Ağdam təmsilçisinə keçən serbiyalı futbolçunun aktivində 4 assit var. O, bu göstərici ilə Brunu Fernandes (“Mançester Yunayted”), Riyad Mahrez (“Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə Portuqaliya "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.

Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter