AFFA Roy Kinə 650 min avro təklif edib
- 03.07.2020, 15:25,
- İdman
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinin Azərbaycan millisini çalışdırmaq üçün AFFA-dan təklif aldığını xəbər vermişdik."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir. Bu barədə “İndependent.ie” məlumat yayıb.
Məlumata görə, federasiya tərəfindən 48 yaşlı mütəxəssisə Azərbaycanda yaşamaq şərti qoyulub. Mənbə, AFFA-nın mütəxəssisə təklif etdiyi məvacibi də açıqlayıb. Bildirilir ki, AFFA Roy Kinə 650 min avro məvacib təklif edib.