IWF prezidentinə Azərbaycanla bağlı 500 min dollarlıq ittiham
- 05.06.2020, 14:05,
- İdman
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın barəsində aparılan istintaq davam edir.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, istintaqı aparan kanadalı Riçard Maklarenin verdiyi açıqlamalar isə diqqət çəkib.
O bildirib ki, Ayanın zamanında beynəlxalq federasiyaya daxil olan 10,4 milyon dollar mənimsənilib. Bu pulların içində ən böyük məbləği isə Azərbaycan ödəyib. Belə ki, 10,4 milyon dolların içində 500 min dollar Azərbaycana məxsus dopinq cərimələridir.
Qeyd edək ki, sabiq federasiya prezidenti rüşvət almaqla dopinq nəticələrini gizlətməkdə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb.