İsveçdə də futbol matçlarının keçirilməsinə icazə verildi

  • 29.05.2020, 23:05,
  • İdman
  • Baxılıb: 17
İsveçdə də futbol matçlarının keçirilməsinə icazə verildi












İsveçdə koronavirus pandemiyasına görə dayandırılan futbol yarışlarının bərpasına ölkə rəhbərliyi tərəfindən icazə verilib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu ölkədə iyunun 14-dən etibarən peşəkar idman növləri və futbol matçları bərpa ediləcək.

Lakin hökumətin verdiyi qərara əsasən, bütün yarışlar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, futbol üzrə İsveç çempionatında yeni mövsüm aprelin 17-də başlamalı olsa da, koronavirusa görə təxirə salınıb. Daha əvvəl liqanın iyunun 14-də başlayacağı ilə bağlı qərar verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter