“Bir gecədə 100 min dollar uduzdum” - Azərbaycanlı futbolçu
- 29.04.2020, 21:44,
- İdman
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Kiyev “Dinamo”sunun azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksander Əliyev Ukrayna mətbuatına müsahibə verib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, futbolçu başına gəlmiş maraqlı bir hadisəni danışıb:
“Bir dəfə kazinoya getmişdim, bir gecədə 100 min dollar uduzdum. O zaman çempion olmuşduq, mükafatlarım da var idi. Yaxşı pul qazanmışdım. Onun üçün də kazinoya getdim. Düzdür, içki qəbul etmirəm, ancaq yenə də belə bir səhv etdim. Axşam saat yeddidə girib, günorta 12-də çıxmışdım. Çölə çıxanda artıq yüz min getmişdi. Əlbətdə ki, çox üzücü idi. Dörd gün yata bilməmişdim”.
Qeyd edək ki, Əliyev Kiyevin meri olmaq istədiyini açıqlayıb.