Bakıda 13 yaşlı oğlan dənizdə batdı
- 07.08.2020, 23:20,
- Hadisə / Xəbər
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda 13 yaşlı oğlan dənizdə batıb."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonu, Bilgəh qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2007-ci il təvəllüdlü İbadov Ruslan Adil oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.