Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü - Foto+Yenilənib

Bakıda 1-ci sinif şagirdi qızılcadan öldü - Foto+Yenilənib

Bakıda daha bir məktəbli qızılcadan vəfat edib.

“Qanunyolutv.az” xəbər verir ki, 2015-ci il təvəllüdlü Ömər Heydərov qızılca xəstəliyi səbəbindən həyatını itirib.

Ömər Nəsimi rayonunda yerləşən 5 saylı orta məktəbin rus bölməsinin 1D sinif şagirdi olub.

"Qanunyolutv.az" xəbər verir ki, məktəbdən bildirilib ki, Ömər Heydərov xəstəliklə əlaqədar dekabrın 29-30-da dərslərdə iştirak edə bilməyib, daha sonra isə onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, son 2 ayda Azərbaycanda 10-a yaxın azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.
****

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) müraciətimizə cavab olaraq bildirilib ki, yanvarın 7-də saat 12:25 radələrində 2015-ci il təvəllüdlü Ömər Heydərov ailə üzvləri tərəfindən tibb müəssisəsinə gətirilərkən onun həkiməqədər ölüm faktı qeydə alınıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter