Eyni köynək, eyni ünvan, eyni oğru... - Video
- 11.06.2022, 15:30,
- Hadisə / Kriminal
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən 4 evdən 113 min manatlıq qızıl-zinət əşyaları və pul vəsaitləri oğurlayan Niyaməddin Əliyev saxlanılıb.“Qanunyolutv.az” saxlanılan şəxslə bağlı maraqlı məlumatlar əldə edib.
Məlum olub ki, Niyaməddin Əliyev 2018-ci ildə də eyni rayon ərazisində yerləşən mənzillərdən silsilə oğurluqlar edib.
Hadisənin maraqlı tərəfi ondan ibarətdir ki, adıçəkilən şəxs 4 il öncə olduğu kimi, bu dəfə də saxlanılarkən eyni köynəkdə olub. Bu da sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Niyaməddin Əliyev 2018-ci ildə saxlanılarkənNiyaməddin Əliyev 2022-ci ildə saxlanılarkən