Qonaq olduğu evdə döyülüb zorakılığa məruz qaldı

Qonaq olduğu evdə döyülüb zorakılığa məruz qaldı

Şəmkirdə fiziki və seksual xarakterli zorakılıq əməlləri ilə üzləşən Beyləqan sakini polisə müraciət edib.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Samir (şərti) 102-yə zəng edərək bildirib ki, Şəmkirin kəndlərindən birində tanış olduğu qadının evində olarkən orada Orxan və Xədicə adlı şəxslərin hücumuna məruz qalıb.

Həmin adamların onu döyüb mobil telefonunu əlindən aldıqlarını deyən şikayətçi əlavə edib ki, daha sonra onlar Samirə qarşı seksual xarakterli zorakılıq hərəkətləri də ediblər.

Daha sonra Şəmkir Rayon Polis Şöbəsinə gedən Samir 102-yə etdiyi şikayəti təsdiqləyərək yazılı ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.
****

"Qanunyolutv.az" xəbər verir ki, məsələ ilə bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi başlanıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gədəbəy rayon sakini Orxan Şahbudalov tanışı Həcər Məmmədova ilə tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə ilə qabaqcadan əlbir olub:"Şəmkir rayonuna istirahət üçün gəlmiş Ə.Qədirovun mobil telefonunu əlindən almaq üçün silah qismində dəmir parçasından istifadə edərək hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tədbiq ediblər. Araşdırmalar zamanı şübhəli şəxslərin zərərçəkmiş şəxsə müxtəlif bədən xəsarətləri yetirmələri və cinsi zorakılıq göstərmələri də sübuta yetirilib. Həmin şəxslərdən Orxan Şahbudalov həbs olunub, Həcər Məmmədova barəsində isə ev dustaqlığı həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter