Sevgilisinin köməyi ilə həkimin evindən oğurluq etdi - Fotolar

Sevgilisinin köməyi ilə həkimin evindən oğurluq etdi - Fotolar

Balakəndə qeyri-rəsmi münasibətdə yaşadığı qadınla əlbir olub oğurluq edən şəxs saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər ərazisində yerləşən evlərin birindən 1000 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Cinayət əməlini törədən Şuşa rayon sakini Elman İbrahimov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun daha 2 evdən də ümumilikdə 7 min manat dəyərində qızıl-zinət əşyaları, 5 min manat pul və 6400 ABŞ dolları oğurladığı müəyyən edilib. Elman İbrahimovun oğurladığı qızıl-zinət əşyalarının bir qismi onun qeyri-rəsmi münasibətdə yaşadığı Leyla Qardaşovanın evindən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
Sevgilisinin köməyi ilə həkimin evindən oğurluq etdi - Fotolar

Araşdırma zamanı məlum olub ki, törədilən ikinci cinayətdə Elman İbrahimov və Leyla Qardaşova əvvəlcədən əlbir olublar.

Belə ki, xəstəxanada çalışan Leyla orada işləyən həkimin növbədə olmasını Elmana xəbər verib. Elman İbrahimov həkimin yaşadığı evə qanunsuz olaraq daxil olub, pul və qızılları götürərək oradan uzaqlaşıb.

Oğurladığı qızılların bir hissəsini Bakı şəhərində satan E.İbrahimov əldə etdiyi pulu qadınla öz arasında bölüb. Leyla Qardaşova isə Elman İbrahimovun ona verdiyi pulla özünə qızıl-zinət əşyaları alıb.
Sevgilisinin köməyi ilə həkimin evindən oğurluq etdi - Fotolar

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter