Goranboyda kişi qohumunu güllələdi
- 25.06.2021, 15:15,
- Hadisə / Kriminal
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboy rayonunda 58 yaşlı kişi güllələnib.“Qanunyolu.info.az” xəbər verir ki, hadisə bu gün rayonun Nizami kəndində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlunu qohumu tüfənglə güllələyib. Bir güllə yarası alan Məharət İbrahimov xəstəxanaya yerləşdirilib.Hadisəni törədən şəxs saxlanılıb. Araşdırma aparılır.
****
"Qanunyolu.info.az" xəbər verir ki, Məharət İbrahimovu güllələməkdə şübhəli bilinən kürəkəni, 1958-ci il təvəllüdlü Rahib Hacıyev saxlanılıb. Məlumata görə, mübahisə zamanı M.İbrahimov əlində ağacla onun üstünə hücum edib. Rahib Hacıyev də onu qorxutmaq üçün havaya atəş açsa da, qırmalar Məharət İbrahimova xəsarət yetirib.